Şok: Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu

Şok: Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu

Rusiya hərbi qulluqçuları ABŞ qoşunlarının yerləşdiyi Nigerdəki 101 saylı Amerika hərbi hava hazasının ərazisində yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” və CNN Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya hərbi kontingenti bazada ayrıca anqar tutub:

“Baza ərazisi çox da böyük deyil. Vaşinqton Niger hakimiyyətinə bazada rus hərbçilərinin olmasından narazılığını bildirib və Amerika qoşunlarının bu bazanı ruslarla bölüşə bilməyəcəyini vurğulayıb”.

Qeyd olunur ki, hadisələr Niger hakimiyyətinin Amerika qoşunlarının ölkədən çıxarılması tələbləri fonunda baş verir. Mart ayında ABŞ səlahiyyətliləri Nigeri İranın uran yataqlarına çıxışını təmin etmək üçün müqavilə hazırlamaqda ittiham etmişdi. Bu ittiham Nigerin ABŞ-la hərbi razılaşmasını dayandırmasına səbəb ola bilər.

Teqlər: