Şok: İki rusiyalı Alyaskaya qaçdı

Şok: İki rusiyalı Alyaskaya qaçdı

Rusiyadan ABŞ-a qaçmağa çalışan iki nəfər Alyaska ştatında saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Ankoric Deyli Nyus” məlumat yayıb.

Bildirilib ki, onlar Müqəddəs Lavrentiya adasından ABŞ-a keçməyə cəhd ediblər.

“Bu, bizim üçün sürpriz oldu, lakin hər hansı axın gözləmirik”, – deyə ştat qubernatoru Mayk Danliv bildirib.

Öz növbəsində Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel məhbuslarla bağlı sualı Daxili Təhlükəsizlik Nazirliyinə yönləndirib. O, rusların sığınacaq istəyib-istəmədiyini və ya onun verilə biləcəyini söyləməyib.

Teqlər: