Rusiya Dnepropetrovska MLRS-dən zərbələr endirdi

Rusiya Dnepropetrovska MLRS-dən zərbələr endirdi

Rusiya qoşunları ötən gün axşam saatlarında Dnepropetrovsk vilayətinin Nikopol rayonuna çoxsaylı reaktiv yaylım atəşi açıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Dnepropetrovsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

“Rusiya qoşunları növbəti dəfə Nikopol bölgəsini atəşə tutub. Axşam saatlarında MLRS-dən Krasnoqriqorovsk icmasına üç dəfə zərbə endiriblər”, – məlumatda qeyd olunub.

Zərbələr nəticəsində xəsarət alanların olmadığı, ancaq ciddi dağıntıların olduğu bildirilib.

Teqlər: