Şok: Bu ölkədə uşaqlar üçün evtanaziyaya icazə verdi

Şok: Bu ölkədə uşaqlar üçün evtanaziyaya icazə verdi

Niderland hökuməti dözülməz dərəcədə iztirab çəkən və sağalma şansı olmayan 1-12 yaş arası uşaqlar üçün evtanaziyaya icazə verilməsi ilə bağlı razılığa gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Niderland hakimiyyətinin məlumatında deyilir.

“Söhbət sağalmaq ümidi olmadan dözülməz iztirablar çəkən, palliativ müalicəsi onların əzablarını yüngülləşdirməyə imkan verməyən və yaxın gələcəkdə ölümü qaçınılmaz olan ümidsiz xəstə uşaqlardan ibarət kiçik qrupdan gedir”, – deyə Niderlandın Sağlamlıq, Rifah və İdman naziri Ernst Köypers parlamentdə ünvanladığı məktubda bildirilib.

Teqlər: