Ermənistan hakimiyyət nümyəndələrindən biri mətbuata dövlət səviyyəli məlumatlar ötürüb. Bundan sonra erməni mətbuatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin İrəvana gəlişinin əsas məqsidini açıqlayıb.
AzerTimes xəbər verir ki, “168.am” saytının Paşınyan administrasiyasından aldığı məlumata əsasən, bir müddət öncə Bernsin Ermənistana səfərinin məqsədi İranın nüvə proqramı ilə əlaqədar olub.
“Məsələ bundadır ki, ABŞ kəşfiyyatı İranla bağlı şok məlumatlar toplaya bilib. Məlumata əsasən İran yaxın bir neçə həftə ərzində illərdir üzərində işlədikləri “nüvə silahının hazırlanması proqramını” bitirəcək. Kəşfiyyat qeyd edir ki, artıq bu istiqamətdə Tehran son tamamlama işlərini görür”, – deyə erməni nəşri qeyd edib.
Məsələ ilə bağlı fikrini bildirən erməni politoloq Suren Sərkisyan isə qeyd edib ki, regionda ən böyük raket arsenalı da məhz İrandadır.