Sofiyada “Arşın mal alan” operettasının bolqar dilində premyerası keçirilib (FOTO)

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı
səfirliyinin təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi
Fondunun dəstəyi ilə 23 mart 2022-ci il tarixində Bolqarıstanın
paytaxtı Sofiya şəhərində yerləşən Dövlət Musiqi və Balet
Mərkəzində Bolqarıstanın Kırcalı şəhəri Teatr-Musiqi Mərkəzinin
səhnələşdirdiyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasının bolqar dilində premyerası baş
tutub.

Səfirlikdən AzerTimes-a verilən
məlumata görə, Novruz bayramı günlərinə təsadüf edən Azərbaycan
operettasının bolqar dilində ilk təqdimatında Bolqarıstan
Respublikasının hökumət nümayəndələri, parlament üzvləri, tanınmış
ictimai-siyasi nümayəndələr, diplomatik nümayəndəliklərin
rəhbərləri, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri və
Bolqarıstanda yaşayan Azərbaycan diasporu üzvləri iştirak edib.

Bolqarıstanın incəsənət nümayəndələri tərəfindən məharətlə
səhnələşdirilmiş Azərbaycan operettasının bolqar dilində premyerası
yerli mətbuatda geniş işıqlandırılıb və tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.

Teqlər: