Sofi Loren rəqibinin ölümündən danışdı

Sofi Loren rəqibinin ölümündən danışdı

İtaliyalı aktrisa Sofi Loren rəqibi adlandırılan Cina Lollobricidanın ölümündən danışıb.

AzerTimes xəbər verir ki, 88 yaşlı Loren həmkarının ölümündən təsirləndiyini və dərindən kədərləndiyini deyib.

Aktrisalar hər zaman rəqib hesab olunurdular. Onların xarici görünüşü və rolları müntəzəm olaraq müqayisə edilirdi.

2015-ci ildə “Vanity Fair” nəşrinə verdiyi müsahibədə Lollobricida deyib ki, onlar arasındakı rəqabət Lorenə karyerasına çox kömək olub. Cina isə bu qarşıdurmanı darıxdırıcı hesab edib.

Cina Lollobricida yanvarın 16-da 95 yaşında vəfat edib. Lollobricidanın dəfn mərasimi yanvarın 19-da olacaq.

Teqlər: