Leysan yağışları səbəbindən Soçidə elektrik yarımstansiyaları, avtomagistrallar və yaşayış evləri su altında qalıb.
AzerTimes xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.
Məlumata görə, Mərkəzi və Xostinski rayonlarında yağan güclü leysan yolları, ona bitişik əraziləri və binaların birinci mərtəbələrini su altında qoyub.