Maradonanın butsu kosmosa göndəriləcək

Maradonanın butsu kosmosa göndəriləcək

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın butsları fanatlarının mesajları ilə birlikdə “Space Serpent” peyki ilə kosmosa göndəriləcək.

AzerTimes xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Peykin orbitə buraxılma tarixi və yeri hələ müəyyən edilməyib.

İdeya adı açıqlanmayan özəl şirkət tərəfindən verilib. Mesajları bir neçə ay ərzində toplanacaq. Bundan sonra onlar “Space Serpent” peykinin sərt diskinə yerləşdiriləcək.

Xatırladaq ki, Dieqo Armando Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında xroniki ürək çatışmazlığından vəfat edib.

Teqlər: