SOCAR və “Transgaz” arasında Qarşılıqlı Anlaşma Memorandumunun müddəti uzadılıb (FOTO)

SOCAR və Rumıniyanın “Transgaz” şirkəti arasında 2016-cı ildə
imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunun daha 6 il uzadılmasına
dair sənəd imzalanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə SOCAR-ın birinci
vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən
Nəcəf feysbukda yazıb.

“Bu gün SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan
Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə
Rumıniyanın Energetika naziri Virgil-Daniel Popesku və strateji
layihələr üzrə xüsusi nümayəndə Ana Birçal ilə görüşdə enerji
sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib”, –
deyə Rövşən Nəcəf bildirib.

Teqlər: