“SOCAR Türkiyə”nin törəmə müəssisələri Türkiyədə mükafatlandırılıb

“SOCAR Türkiyə” şirkətinin törəmə müəssisələri olan STAR neft
emalı zavodu və “SOCAR Petrol Ticaret” İstanbul Kimyəvi Maddə və
Kimyəvi Məhsul İxracatçıları Assosiasiyasının “Stars of Export”
mükafatı ilə təltif edilib.

Trend bu barədə
Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, “SOCAR Petrol Ticaret” Mineral yanacaq
kateqoriyasında birinci, STAR neft emalı zavodu həmin kateqoriyada
ikinci yeri tutub.

“SOCAR Türkiyə” qrupunun şirkətləri 2021-ci ildə COVID-19
pandmeiyası ilə əlaqədar biznes üsullarının dəyişməsinə baxmayaraq,
uğurlu nəticələr əldə ediblər. STAR neft emalı zavodu və “Petkim”
neft-kimya kompleksinin inteqrə olunmuş strukturu sayəsində
istehsal və satışlar fasiləsiz həyata keçirilib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: