“SOCAR Türkiyə” dənizin çirklənməsinə qarşı mübarizəni genişləndirir (FOTO)

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

“SOCAR Türkiyə” Əliağa və Nəmrud körfəzində dənizin mümkün çirklənməsinə qarşı mübarizə potensialını artıraraq bölgədə müdafiə səddi yaradıb.

AzerTimes-ın məlumatına görə, “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin sahilboyu strukturlarında yaratdığı Dənizin Çirklənməsinə qarşı Müdaxilə Mərkəzi mümkün çirklənmə hallarının qarşısını almaq üçün gücünü artırıb

Qeyd olunur ki, bunun üçün “Əliağa Responder” gəmisi 24 saat hazır vəziyyətdə saxlanılır.


“Əliağa Responder” təcili müdaxilə gəmisin saatda 40 kubmetr neftyığma qabiliyyətinə malikdir.“35 metr uzunluğunda olan gəmi həm də dənizdə neftin yayılmasına müdaxilə edə biləcək əlavə süpürmə qollarına malikdir. Gəminin daim növbədə olması mümkün dəniz çirklənmələri ilə mübarizədə bölgə üçün mühüm əhəmiyyət daşıyır.

Teqlər: