“SOCAR Turkey” neft-kimya layihəsi ilə bağlı Yaponiya şirkəti ilə danışıqlar aparır

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

“SOCAR Turkey” və Yaponiyanın “Eneos Group” şirkəti əvvəl BP ilə razılaşdırılmış neft-kimya layihəsi ilə bağlı danışıqlar aparır.

AzerTimes-ın məlumatına görə, bunu “SOCAR Turkey” şirkətinin neft emalı və neft-kimya şöbəsinin rəhbəri Anar Məmmədov “Bloomberg” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2020-ci ildə BP-nin öz neft-kimya biznesini “Eneos”a satması həmin sektorda ən ciddi dəyişikliklərdən biri olub:

“BP neft-kimya sektorundan tamamilə imtina edib. Biz gözləyirik ki, bu layihə üzrə tərəfdaşımız “Eneos” olacaq. Hazırda “SOCAR Turkey” ilə “Eneos” arasında danışıqlar davam edir. Ümid edirik ki, texniki-iqtisadi əsaslandırma 2021-ci ilin ikinci rübündə başa çatacaq və bundan sonra şirkətlər qərar verəcək”.

Teqlər: