SOCAR ötən ili yüksək mənfəətlə başa vurdu

SOCAR ötən ili yüksək mənfəətlə başa vurdu

2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gəlir marjasını 10,2 %-dən 11,4 %-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.

Beləliklə, SOCAR 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub.

“Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir”, – məlumatda deyilir.

Teqlər: