SOCAR-ın Ukraynaya idxal etdiyi aviayanacağın həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi “SOCAR Ukraine” Litvadan 0,9 min ton aviayanacaq idxal edib.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Eyni zamanda şirkət hesabat dövründə Belarusdan 4 min ton aviayanacaq idxal edib.

Ümumilikdə, yanvar-sentyabr aylarında Ukrayna 108,5 min ton avtomobil benzini idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çoxdur.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: