SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun məşəl qüllələrində baş verən tüstülənmə barədə məlumat yayıb

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata
keçirilən modernizasiya və yenidənqurma işlərinin yekun mərhələsi
icra edilir. Hazırda plana uyğun olaraq zavodun əsas texnoloji
qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

SOCAR-dan AzerTimes-a bildirilib ki, NEZ-in qurğularına xam neft və
neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması
zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının
alınması məqsədilə müəyyən karbohidrogen qarışıqları zavodun məşəl
sistemlərinə göndərilir və nəticədə NEZ-in məşəl qüllələrində
tüstülənmə baş verir.

Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana
və emal prosesi normallaşana qədər davam edə bilər.

Teqlər: