SOCAR Gürcüstanda bir qəsəbəni qazlaşdırıb

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın Tetritskaroy bələdiyyəsinin Manqlisi qəsəbəsini qazla təchiz edib.

AzerTimes bu barədə SOCAR-ın Gürcüstandakı törəmə müəssisəsinə istinadən məlumat verir.

Ölkənin iqtisadiyyat naziri Natiya Turnava bildirib ki, Manqlisi qəsəbəsində yaşayan 1 600 ailə təbii qazla təmin olunub. Onun sözlərinə görə, qəsəbənin qazla təchiz olunması ilə bağlı işlər bir il əvvəl başlamışdı.

Qeyd edək ki, SOCAR Gürcüstanda 24,3 min kilometr uzunluğunda qazpaylayıcı şəbəkəsinə malikdir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: