“SOCAR Georgia Petroleum” şirkətinin yeni rəhbəri təyin olunub

Xəbər - Ləman Zeyanlova – Trend:

Nodar Kançaveli Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə
müəssisəsi “SOCAR Georgia Petroleum” şirkətinin rəhbəri təyin
olunub.

Trend bu barədə
Gürcüstan KİV-lərinə istinadən məlumat verir. Məlumatı SOCAR
təsdiqləyib.

N.Kançaveli bu vəzifədə Levan Giorqadzeni əvəz edib.

N.Kançaveli 2019-cu ildə “SOCAR Georgia Petroleum”un baş
əməliyyat direktoru təyin olunmuşdu.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: