“SOCAR Energy Ukraine” Ukraynada təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq verəcək

Xəbər - Ləman Zeynalova – Trend:

“SOCAR Energy Ukraine” Ukraynada təcili tibbi yardım və
yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq
verəcək.

Bu barədə AzerTimes-a SOCAR-ın kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat
katibi İbrahim Əhmədov deyib.

“Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkəti,
humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və
yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək
verəcək”, – İ.Əhmədov bildirib.

Teqlər: