“SOCAR Energy Ukraine” humanitar məqsədlərlə Ukraynaya təqdim olunmuş yanacağın həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı
yanacaqdoldurma məntəqələrindən təcili yardım və Ukrayna Fövqəladə
Hallar üzrə Dövlət Xidmətinin avtomobillərinə verilən yanacağın
həcmi 100 tonu ötüb.

Trend bu barədə “SOCAR Energy Ukraine” şirkətinə istinadən məlumat verir.

“Biz indi Ukraynanın istənilən nöqtəsində fasiləsiz yardın
göstərən həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə qürur
duyuruq”, – şirkətin bəyanatında deyilir.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” humanizm prinsiplərini əsas
tutaraq Ukraynaya təcili tibbi yardım və yanğınsöndürmə
avtomobillərini pulsuz yanacaqla təmin etmək şəklində dəstək
göstərir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: