SOCAR AQŞ İraq Qazma Şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

SOCAR AQŞ neft quyularının kompleks qazma və əsaslı təmir
xidmətləri üzrə İraq Qazma Şirkəti (IDC) ilə tərəfdaşlıq müqaviləsi
imzalayıb. Müqavilə İraqda milli və beynəlxalq neft şirkətləri üçün
qazma layihələrinin həyata keçirilməsində əməkdaşlığı nəzərdə
tutur.

Şirkətdən AzerTimes-a verilən
məlumata görə, SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev
“Beynəlxalq inkişaf və kompleks qazma layihələrini həyata keçirmək
üçün imkanlarımızı genişləndirmək kimi məqsədlərimizin bir hissəsi
olaraq, fəaliyyətimizin coğrafiyasını genişləndirməkdən məmnunuq.
Bu əməkdaşlıq Azərbaycan və İraq arasında işgüzar əlaqələr, təcrübə
və bilik mübadiləsi, eləcə də biznesin genişləndirilməsi üçün yeni
imkanlar yaradır”.

Xatırladaq ki, bu ilin əvvəlində SOCAR AQŞ və İraq Qazma Şirkəti
qazma əməliyyatları üzrə əməkdaşlığın davam etdirilməsi haqqında
ilkin razılıqları əks etdirən protokol imzalamışdır.

Teqlər: