Sobçak bu uşaqlar üçün 1.5 milyon göndərdi

Sobçak bu uşaqlar üçün 1.5 milyon göndərdi

Məşhur rusiyalı jurnalist Kseniya Sobçak martın 22-də “Krokus Siti Holl”dakı terakt nəticəsində valideynlərini itirmiş uşaqlara 1.5 milyon rubl (16.1 min dollar) verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.

“O, həm də onların təhsili ilə məşğul olacaq, universitetlər və repetitorlarla bağlı məsələlərdə kömək edəcək”, – məlumatda qeyd olunub.

Sobçakın özü isə bildirib ki, valideynlərini itirmiş 4 uşağı ailələrinin seçimindən asılı olaraq yaxşı məktəblərə və universitetlərə yerləşdirəcək.

Qeyd edək ki, bir sıra tanınmış rusiyalı terror qurbanlarına yardımlar edib. Rusiyalı müğənni Şaman (Yaroslav Dronov) Rusiya Qırmızı Xaç Cəmiyyətinə 5 milyon rubl (53.9 min dollar), müğənni Olqa Buzova 2 milyon rubl (21.5 min dollar) verib. Rusiyada xarici agent elan olunan və hazırda xaricdə yaşayan reper Əlişir Morgenştern də terror qurbanı qadının ailəsinə 1.5 milyon rubl (16.1 min dollar) göndərib.

“Biz birlikdəyik” könüllü hərəkatının üzvləri isə həlak olan və yaralananların ailələri üçün 1 milyard rubl (10.8 milyon dollar) toplayıblar.

Teqlər: