

Məşhur amerikalı repçi Snup Doqun İrəvanda Ermənistanın Müstəqillik Günü münasibətilə sentyabrın 23-də baş tutmalı olan konserti təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
Ermənistan mətbuatı hökumətin konsertin təşkili üçün 6 milyon dollar xərclədiyini bildirib.