Snayperlərin hazırlıq kursu keçirilir (VİDEO)

2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında
“Snayper hazırlığı” kursu davam edir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, kurs müddətində hərbi qulluqçular snayper
tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı,
atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.

Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi,
maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq
sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə
yetiriblər.


Teqlər: