Snayperlərimiz İranda – Foto

Snayperlərimiz İranda – Foto

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində ikinci mərhələnin epizodlarının icrası üzrə sıralamanı müəyyənləşdirmək məqsədilə püşkatma mərasimi keçirilib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası çalışmaları yeddinci sırada yerinə yetirəcək.

Daha sonra müsabiqənin planına uyğun olaraq ikinci mərhələyə hazırlıq prosesinə start verilib. Hərbi qulluqçular tapançalardan sınaq atışları həyata keçiriblər.

Teqlər: