Snayperlərimiz İranda 600 metr hədəfə atəş açdı – Foto

Snayperlərimiz İranda 600 metr hədəfə atəş açdı – Foto

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar.

Birinci mərhələnin şərtlərinə əsasən, iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsi avqustun 27-dək davam edəcək.

Teqlər: