SMM xidməti üçün doğru ünvan – WEB CODER

Rəqəmsal İstehlakçı, texnologiyaları istifadə edərək fiziki
dünyada pərakəndə mağazalardan alver edən istehlakçı qrupu olaraq
təyin olunur.

Məhsul haqqında əvvəldən araşdırma edərək gəlir və ya daha
əvvəldən araşdırdığı məhsulu mağazadaykən bir başqa markanın
məhsulu ilə telefonundan müqayisə edə bilir. Bu da, rəqəmsal dövrlə
birlikdə rəqəmsal istehlakçı davranışlarının da hər geçən gün
dəyişdiyini göstərir. İnsanlar artıq əvvəlki kimi alverə getmir.
Mobil cihaz ilə olduğu yerdən istədiyi məhsulu araşdırır və özünə
ən uyğun olanı seçə bilir. Bu vəziyyət çox təbii ki, istehlakçı
üçün bir çox fayda təmin edərkən, marka və xüsusilə mağaza
sahibləri üçün mövqelərini yenidən nəzərdən keçirmələrini tələb
edir. Rəqəmsal əsaslı markalar gərək sosial şəbəkə məzmun
marketinqi, gərəksə rəqəmsal reklam alaraq potensial müştərilərini
rəqəmsal mühitdə tutmağa çalışır. Xüsusilə məzmun strategiyalarını
müəyyənləşdirərkən hədəf kütlənin xüsusiyyətlərinə görə təyin
etməyə, paylaşdığı hekayələrdə müştərini də ortaq etməyə diqqət
göstərirlər. Bu da istehlakçının markaya olan güvən duyğusunun
artmasına səbəb olur. Yaradılması qədər idarə edilməsi də çətin
olan məzmunun necə idarə olunması lazım olduğunu izah etməyə
çalışaq.

Əvvəlcə məzmunun doğru bir şəkildə idarə edilə bilməsi üçün bir
təqvim yaradılmalıdır. Məzmun təqvimi sizin nizamlı olaraq paylaşım
etmənizi təmin edərkən, hansı gün, hansı cür məzmunu
paylaşacağımızı da müəyyənləşdirməyimizə kömək olacaq. Nizamlı və
müəyyən aralıqlarla edəcəyiniz məzmun paylaşmaları istehlakçıların
da markanızdan sıxılmadan maraqla izləyəcəyi, məlumat alacağı və ya
əylənəcəyi bir platformaya çevriləcək. Beləcə istehlakçı, markanı
özünə dəyər qatan, həll tapan, problemlərini aradan qaldıran bir
yoldaş kimi görəcək. Yaradılan təqvim, məzmun çıxarmağa və nəşr
etməyə kömək edəcək. Yaradılan təqvim hədəfə, müştərilərə uyğun
olmalıdır. Məzmununuzu istifadə edəcəyiniz vasitəyə görə gündəlik,
həftəlik, aylıq olaraq nizamlaya bilərsiniz.

-Günlük Twitter paylaşmaları,

-Xəbərlərin Facebook səhifəsinə yerləşdirilməsi,

-Bloglara yazılan şərhlərə cavab vermək,

-Həftəlik qısa bir video, məqalə kimi web saytınızda
yeniləmələr,

-Geniş bir blog yazısı, müsahibə və ya bir müştəri hekayəsi
paylaşmaq

-Aylıq video çəkilişlər, yarışlar və ya kupon çəkilişləri edə
bilərsiniz.

Beləcə müştərinizi sıxmadan onları bir sonrakı məzmununuzu
maraqla gözləyəcəyi bir hala gətirə bilərsiniz. Bu vəziyyətdə,
müştəriləriniz haradadırsa sizdə orada olmalı və onlarla isti
münasibətlər qurmağa davam etməlisiniz. Hər zaman doğru yerdə,
doğru insanlara, doğru mesajı çatdıraraq onlara sahənizdə nə qədər
mütəxəssis olduğunuzu əylənərək izah edə bilərsiniz.

SMM strategiyasının düzgün aparılması Web Coder-ə müraciət
edin.

Teqlər: