Ukrayna Almaniyadan “Leopard 2”, ABŞ-dan isə “Abrams” tanklarını gözləyir. Bunlar Ukraynanın döyüş meydanında ehtiyac duyduğu müasir tanklardır.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
Qeyd edək ki, Baş nazir belə bir bəyanatla Almaniyaya səfərindən əvvəl çıxış edib. Onun sentyabrın 3-də Berlində olacağı gözlənilir.