Berluskoni Putin və Bayden haqqında lətifə danışdı

Berluskoni Putin və Bayden haqqında lətifə danışdı

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Tiktok şəbəkəsində özü, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Co Bayden və Roma Papası haqqında lətifə danışıb.

AzerTimes xəbər verir ki, bununla bağlı “İl giornale” nəşri yazıb.

“Silvio Berluskoni, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Co Bayden, Roma Papası və onun cavan köməkçisi təyyarədə uçurlar. Birdən elan edilir ki, fövqəladə vəziyyət səbəbindən təyyarə beş dəqiqədən sonra qəzaya uğrayacaq, amma göyərtədə cəmi dörd paraşüt var. Co Bayden paraşütü birinci götürür və deyir: “Bu mənə çatmalıdır, çünki Qərbdə ən nüfuzlu adamam”. İkinci paraşütü də Putin götürür və deyir: “Bu mənə çatacaq, çünki Şərqdə ən nüfuzlu adam mənəm”. Üçüncü paraşütü də Berluskoni götürür və deyir: “Bu mənə çatacaq, çünki hamı bilir ki, dünyanın ən ağıllı siyasətçisiyəm”. Dördüncü, sonuncu paraşütü köməkçisi Papaya verəndə götürmək istəmir, deyir ki, daha qocalıb, indiyə qədər də uzun və xoşbəxt ömür sürüb. Amma köməkçi görür ki, təyyarədə iki paraşüt qalıb, çünki “dünyanın ən ağıllı siyasətçisi” paraşüt əvəzinə, bel çantasını götürüb”, – Berluskoni bildirib.

Teqlər: