Rusiya Qərb ölkələrinin təcavüzünə cavab verəcək, lakin bu, Moskva ilə NATO arasında ciddi hərbi qarşıdurmaya çevrilə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski deyib.
“Zelenski açıq şəkildə Qərbi üçüncü dünya müharibəsinə sövq edir. Kanada telekanallarına müsahibəsində o, Qərbi “Rusiya Bankovanı vurarsa, Kremli vurmağa” çağırıb”, – siyasətçi bildirib.
Slutski əlavə edib ki, Qərb NATO ilə Rusiya arasında hərbi qarşıdurmanın mümkün nəticələrindən xəbərdardır.