Ərdoğan: İmperialist güclər buna mane ola bilməyəcəklər!

Ərdoğan: İmperialist güclər buna mane ola bilməyəcəklər!

Ölkəmizi sabitlik adasına çevirmək üçün səylə çalışırıq. Bunu reallaşdırmağımıza mane olmaq istəyən terror təşkilatları və onların arxasında duran imperialist güclər bu işlərə əngəl ola bilməyəcəklər.

AzerTimes xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) oktyabrın 23-də Diyarbəkirdə təşkil edilən toplantısında çıxışı zamanı ifadə edib.

Gündəlikdə duran ictimai-siyasi və iqtisadi məsələlərlə bağlı fikirlərini vətəndaşlarla bölüşən Prezident Rəcəb Tayyib Ərdoğan Diyarbəkir bölgəsində planlaşdırılan sosial-iqtisadi layihələr barədə geniş məlumat verib.

Tədbirdə Türkiyə xalqının birliyi, ölkədəki sabitliyin və qardaşlığın qorunması ilə bağlı şüarlar səsləndirilib.

Teqlər: