Slovakiyanın keçmiş baş naziri 10 ilədək azadlıqdan məhrum edilə bilər

Slovakiyanın keçmiş baş naziri Robert Fitso mütəşəkkil
cinayətkar qrup yaratmaqda ittiham olunur.

Trend “Euronews” agentliyin istinadla xəbər verir ki, bu barədə yerli
hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Fitso və onun hökumətində təmsil olunmuş keçmiş
daxili işlər naziri Robert Kalinaka ötən gün ittiham elan olunub,
onlar 10 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Keçmiş baş nazir hər hansı bir qanun pozuntusunu rədd edərək,
ittihamı “siyasi qisas” kimi dəyərləndirib.

Fitso 2006-2010-cu və 2012-2018-ci illərdə ölkənin baş naziri
vəzifəsində çalışıb. O, 2018-ci ildə araşdırmaçı jurnalist Yan
Kuciak qətlindən sonra istefa verib.