Slovakiyada ümumxalq referendumu keçirilir

Slovakiyada ümumxalq referendumu keçirilir

Slovakiyada növbədənkənar seçkilərin keçirilməsi və hazırkı parlamentin səlahiyyətlərinə xitam verilməsi üçün ölkə konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı ümumxalq referendumu keçirilir.

AzerTimes xəbər verir ki, bu barədə “Assosayted Press” məlumat yayıb.

Ümumxalq referendumunun keçirilməsi barədə qərar ötən il Slovakiyada üç müxalifət partiyasının bu səsverməyə dəstək üçün 380 mindən çox səs toplamasından sonra Prezident Zuzana Çaputova tərəfindən qəbul edilib.

Xatırladaq ki, 2022-ci il dekabr ayında Slovakiya parlamenti Baş nazir Eduard Hegerin koalisiya hökumətinə etimadsızlıq göstərib. Çaputova Hegerdən yeni seçkilər keçirilənə qədər məhdud səlahiyyətlərlə vəzifəsində qalmasını xahiş edib.

Slovakiyada parlament seçkiləri 2024-cü ildə keçirilməli idi. Sorğulara görə, müxalifətin növbədənkənar seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir.

Teqlər: