Slovakiya parlamenti koronavirusa görə fövqəladə vəziyyət rejiminin 40 gün uzadılmasını təsdiqlədi

Slovakiya Milli Şurası (parlamenti) hökumətin fövqəladə vəziyyətin 20 mart tarixindən 40 günədək uzadılması barədə 17 mart tarixli qərarını təsdiqlədi.

AzerTimes-ın məlumatına görə, bu barədə TAZ telekanalı xəbər verib.

Fövqəladə rejimin uzadılması ilə bağlı hökumətin təşəbbüsü 78 millət vəkili tərəfindən dəstək alıb. 15 millət vəkili bunun əleyhinə olub.

İclasda ən yüksək qanunverici orqanın 150 üzvündən 96-sı iştirak edib.