Slovakiyanın müxalif partiyaları ABŞ-la hərbi əməkdaşlıq
haqqında sazişin ləğvi ilə bağlı ümumxalq referendumunun
keçirilməsini tələb edirlər.
Trend xəbər verir ki, bunu yerli KİV-ə müsahibəsində müxalifətin
və Sosial Demokratların lideri, respublikanın keçmiş baş naziri
Robert Fitso bildirib.
Müqavilə çərşənbə günü ölkənin ali qanunverici orqanı tərəfindən
təsdiq edilib və həmin gün prezident Zuzana Çaputova tərəfindən
imzalanıb, bununlada sənədin Slovakiya tərəfindən ratifikasiya
prosesi başa çatıb.
Müxalif lider, ölkə başçısına açıq məktub göndərərək, hərbi
müqavilənin ləğvi ilə bağlı ümumxalq referendumunun keçirilməsi
tələbi ilə ölkədə imza toplanmasına başlanacağı barədə məlumat
verib.