Rio-de-Janeyroda polisin iştirakı ilə baş verən atışmada 8 nəfər həlak olub

Braziliyanın Rio-de-Janeyro şəhərində polislə narkotik alverində
şübhəli bilinən şəxslər arasında baş verən atışmada 8 nəfər həlak
olub.

Trend xarici KİV-lərər istinadən xəbər verir ki, onlarla polis
əməkdaşı narkotik alverində şubhəli bilinən şəxsin tutulması üçün
Rionun şimalında yerləşəm Vila Cruzeiro favellasına gəlib. Təslim
olmaqdan imtina edən şəxslərlə polis arasında təxminən üç saat
davam edən atışmada səkkiz nəfər həyatını itirib.

Yerli polis idarəsinin rəisi bildirib ki, əməliyyat uğurla başa
çatıb və ölənlərin hamısı cinayətkar olub.

Buna baxmayaraq, saxlanılması nəzərdə tutulan şəxs hadisə
yerindən qaçaraq təqibdən yayınmağa müvəffəq olub.