Slovakiya daha müstəqil olacaq – Pelleqrini

Slovakiya daha müstəqil olacaq – Pelleqrini

Slovakiya Brüssel və Vaşinqtonla qarşılıqlı əlaqə səviyyəsini saxlayacaq, lakin qərarların qəbulunda daha müstəqil olacaq.

AzerTimes xəbər verir ki, bunu Slovakiyanın yeni seçilmiş prezidenti Peter Pelleqrini deyib.

“Mən bütün Slovakiya vətəndaşlarına zəmanət verə bilərəm ki, respublika Avropa Birliyində və NATO-da möhkəm dayanıb. Xarici siyasətimizin kursunu heç kim dəyişə bilməz. Amma bu təşkilatlarda biz daha müstəqil fəaliyyət göstərməliyik ki, səsimizi eşitsinlər”, – Pelleqrini bildirib.

Qeyd edək ki, Slovakiya Milli Şurasının (parlamentinin) sədri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini 53.12 faiz səslə ölkə prezidenti seçilib.

Teqlər: