Rusiyanın daha bir vilayəti su altında qala bilər

Rusiyanın daha bir vilayəti su altında qala bilər

Kurqan vilayətində Tobol çayı hövzəsində daşqın riski var.

AzerTimes xəbər verir ki, bunu Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov deyib.

Onun sözlərinə görə, Kurqanda daşqın təhlükəsi yüksəkdir.

“Bununla əlaqədar ora Ural axtarış-xilasetmə dəstəsindən və Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasetmə mərkəzindən əlavə qüvvə və vasitələr göndərilib”, – nazir bildirib.

Qeyd edək ki, 5 apreldə sel daşqınları və Ural çayında bəndin uçması ciddi fəsadlara səbəb olub və Orenburq vilayətində fövqəladə vəziyyət elan edilib.

Teqlər: