“Skoda” Çexiyada avtomobil istehsalını dayandıra bilər

Çexiyanın avtomobil istehsalçısı şirkəti “Skoda” elektron komponentlərin çatışmazlığı səbəbindən oktyabrın 18-dən etibarən Çexiyadakı zavodlarında avtomobil “istehsalını əhəmiyyətli dərəcədə azaldacaq və ya tamamilə dayandıracaq.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müəssisə müdiriyyətinin nümayəndəsi Tomaş Kotera deyib.

T.Kotera bildirib ki, elektron komponentlərin çatışmazlığı ilə bağlı qlobal böhran “Skoda”dan da yan keçməyib: “Oktyabrın 18-dən bu ilin sonuna qədər Çexiyadakı zavodlarda yeni avtomobillərin istehsalını əhəmiyyətli dərəcədə azaldacağıq və ya tamamilə dayandıracağıq”.

Onun sözlərinə görə, “Şkoda”nın Çexiyadakı zavodlarının işçiləri qarşıdakı 3 ay ərzində şirkətin meydançalarında olan avtomobillərin yığılmasını tamamlamağa çalışacaqlar.

Nümayəndə bildirib ki, hazırda təxminən 50 min tamamlanmamış avtomobil var.