Siyəzəndə partlayış baş verdi: yaralılar var

Siyəzəndə partlayış baş verdi: yaralılar var

Siyəzəndə yaşayış binasında partlayış olub.

AzerTimes xəbər verir ki, hadisə 51 saylı binada yerləşən mənzillərin birində qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Əhali binadan təxliyə olunub.

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.

Teqlər: