“Siyəzən Broyler”də yanğın olub

Siyəzən rayonunun Siyəzən kəndində, “Siyəzən Broyler” ASC-nin
ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün
yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri
80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları
yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sexin
qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: