Sivkov: Kiyevdən sonra Bakı ilə məşğul olacağıq – Video

Sivkov: Kiyevdən sonra Bakı ilə məşğul olacağıq – Video

Ukrayna məsələsini həll edəndən sonra Rusiya silahlı qüvvələrinin əl-qolu açılacaq və Azərbaycanla məşğul olacaq.

AzerTimes xəbər verir ki, bunu Raket və Artilleriya Elmləri üzrə İnformasiya Siyasəti Akademiyasının prezident müavini, hərbi elmlər doktoru Konstantin Sivkov deyib.

“Biz 1000 kilometrlik cəbhə ilə məsələni həll edəndən sonra Azərbaycanla məsələni həll edəcəyik. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Azərbaycan liderinin Türkiyə və ABŞ-ın təklifi ilə hərəkət edərək Rusiyaya ciddi problemlər yaratmasını Rusiya rəhbərliyi unutmayacaq”, – Sivkov bildirib.

Xatırladaq ki, bundan əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycanı hədələmiş, Bakının neft yataqlarına zərbə endirilməsi gərəkdiyini demişdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Aleksandrovu Bakı ilə strateji və müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan təxribatçı açıqlamasına görə işdən qovdu.

Teqlər: