“Siti” növbəti mərhələdə, “Milan” məğlub oldu

“Siti” növbəti mərhələdə, “Milan” məğlub oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 matçı keçirilib.

AzerTimes xəbər verir ki, bugünkü matçlardan sonra pley-off-a vəsiqə qazanan ilk komanda bəlli olub.

İngiltərənin “Mançester Siti” komandası Danimarkada “Kopenhagen”lə qolsuz heç-heçəyə razılaşsa da, Dortmund “Borussiya”sının evdə İspaniya “Sevilya”sından xal alması “şəhərlilər”i vaxtından əvvəl 1/8 finala yüksəldib.

Turun digər matçları aşağıdakı kimi nəticələnib:

“Milan” (İtaliya) – “Çelsi” (İngiltərə) – 0:2

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Zaltsburq” (Avstriya) – 1:1

“Seltik” (Şotlandiya) – “Leyptsiq” (Almaniya) – 0:2

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Real Madrid” (İspaniya) – 1:1

“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə) – 0:0

“Borussiya” (Dortmund, Almaniya) – “Sevilya” (İspaniya) – 1:1

“Makkabi” (Hayfa, İsrail) – “Yuventus” (İtaliya) – 2:0

PSJ (Fransa) – “Benfika” (Portuqaliya) – 1:1

Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.

Teqlər: