Sistan və Bəlucistanda silahlı qarşıdurma: ölənlər var

Sistan və Bəlucistanda silahlı qarşıdurma: ölənlər var

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Delqan bölgəsinin Pəng kəndində silahlı qarşıdurma olub.

AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, hökumət məmurları ilə atışma zamanı iki bəluc öldürülüb, biri isə yaralı vəziyyətdə həbs edilib.

Qarşıdurmanın səbəbləri və silahlı bəlucların hansı qrupa mənsub olduqları barədə açıqlama verilməyib.

Teqlər: