Sistan və Bəlucistanda etiraz aksiyaları başladı

Sistan və Bəlucistanda etiraz aksiyaları başladı

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin bir neçə şəhərində növbəti etiraz aksiyaları başlayıb.

AzerTimes xəbər verir ki, günorta saatlarında cümə namazından sonra başlayan ilk aksiya əyalətin Dezap şəhərində keçirilib.

“Xamenei utan, məmləkəti burax” şüarları səsləndirən etnik bəluclar şəhərin mərkəzi küçələrinə axışıblar.

Nümayişçilər son həftələr edamların artmasına və din xadimi Mövlanə Nəqşbəndiyə qarşı təzyiqlərə etiraz ediblər.

Teqlər: