Şirvanda yataqxanada yanğın baş verib, sakinlər təxliyə edilib

Şirvan şəhərində yataqxanada yanğın baş verib.

Trend Fövqəladə
Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, beşmərtəbəli
yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan
mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı
yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə
təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: