Şirvanda evdən 100 minlik oğurluq edildi

Şirvanda evdən 100 minlik oğurluq edildi

Şirvanda 4 ay müddətində evdən 100 min manatlıq oğurluq olub.

AzerTimes xəbər verir ki, 24.11.2022-ci ildən 23.03.2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər Şirvan şəhər sakini Arif Firuz oğlu Qafarzadənin yaşadığı evə qanunsuz daxil olaraq 50 min ABŞ dolları və 15 min manat pulu gizli yolla talayıb, zərərçəkmişə ümumilikdə yüz min manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Teqlər: