Sırski yoxlamalara başladı: 300 min döyüşür, bəs 600 min?..

Sırski yoxlamalara başladı: 300 min döyüşür, bəs 600 min?..

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Müdafiə Qüvvələrində audit yoxlamasına başlayıb. Yoxlama zamanı heç vaxt döyüşlərdə iştirak etməyən minlərlə hərbçi aşkar edilib.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın Xidmətçisi” fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya deyib.

“İki il mütəmadi deyirlər ki, növbəsiz döyüşən briqadalar var. Elə birliklər də var ki, ümumiyyətlə cəbhəyə getməyiblər. Ordu 900 mindir, 300 min nəfər rotasiyasız döyüşür. Bəs onda 600 min haradadır?

Belə bir anlayış var ki, müəyyən sayda hərbçi cəbhə xəttində döyüşçüləri təmin etmək üçün çalışır. Bununla belə, artıq yoxlamanın əvvəlində Sırski döyüş əməliyyatlarında birbaşa iştirak edə biləcək xeyli sayda hərbi qulluqçu tapdı.

Yalnız Baş Qərargahda ezam olunmuş və döyüşməyən 8 min nəfər tapılıb”, – Araxamiya bildirib.

Teqlər: