Sirri açıqlayım: Yeni müharibə planımız var

Sirri açıqlayım: Yeni müharibə planımız var

Hazırda Rusiya Silahlı Qüvvələri öz ölkələrinin sərhədlərini qorumağa, həmçinin NATO-ya və xüsusən də ABŞ-a qarşı böyük bir müharibə aparmağa bəs edəcək hər cür silaha malikdir.

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin (“Vladimir Solovyovla axşam”) efiri zamanı deyib.

“Bu qarşıdurmada qalib gəlmək üçün Rusiyanın Avropanı ələ keçirməsi lazım olacaq. Xüsusi qüvvələrimizin üzvlərindən bir sirri öyrənə bilmişəm. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başa çatdırdıqdan sonra müəyyən bir müharibə planı var. Ələ keçirəcəyimiz şəhərlərdən biri 1945-ci ildə olduğu kimi Berlin, digəri isə Vaşinqton olmalıdır. Bu şəhərlərdə Rusiya bayrağı dalğalanmalıdır. Hətta “Vaşinqtonu ələ keçirdiyinə görə” medalı da veriləcək”, – Solovyov deyib.

Teqlər: