Şirkət rəhbərinin işi məhkəməyə göndərilib

“BTB leasing” ASC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə
bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət
işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində
tamamlanıb.

Aparılmış istintaqla Ceyhun Əli-Zadənin 20 may 2019-cu il
tarixdən 20 noyabr 2020-ci il tarixədək olan müddət ərzində “BTB
leasing” ASC-nin Hüquq Departamentinin müdiri vəzifəsində
işləyərkən, lizinq xətti ilə avtomobil almaq istəyən vətəndaşları
aldatma yolu ilə müştəri kimi cəlb edib onlardan nəqliyyat
vasitəsinin ümumi dəyərinin müəyyən faizini ilkin ödəniş və əlavə
kredit məbləğinin bir aylıq hissəsini əldə edərək, sonradan zəruri
ödənişlərin olunmamasını əsas gətirib dolayı üsullarla ASC-nin
balansında olan avtomobilləri qeyri-rəsmi satmaqla pulları ələ
keçirərək ASC-yə və bir qrup vətəndaşlara külli miqdarda maddi
ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Əli-Zadəyə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-
külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan
edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Teqlər: